Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu
11:05 20 Oktyabr 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən təhlükəli hərbi gəmisi "Admiral Nahimov" atom raket kreyseridir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir qənaətə ABŞ-ın "Military Watch" jurnalı gəlib.

"Kreyserin düşmənin həlledici obyektlərini təyyarələr üçün 400 km və gəmilər üçün 1000 km olmaqla, ekstremal məsafədən hipersəs raketləri ilə vura bilməsi, onu bəlkə də,  Rusiyanın HDD-nın ixtiyarında olan ən təhlükəli hərbi gəmi edir", - deyə materialda bildirilir.

Jurnalistlər qeyd ediblər ki, kreyserin əsas gəmiəleyhinə silahı düşmən obyektini 1000 km məsafədən 8 max sürətlə vura bilən "Sirkon" raketi olacaq.  Beləliklə də, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin ixtiyarında olan "Harpun" gəmiəleyhinə raketi üstələmiş olacaq. 

Nəşrin məlumatına əsasən, "Admiral Nahimov", həmçinin, nüvə qurğularının hesabına uzun müddətə Rusiya sahillərindən aralıda ola bilər. Bundan savayı, kreyser ən müasir hava hücumundan müdafiə sistemi ilə təchiz olunacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR