Terrorçular atəşkəsi pozdu, türk əskəri Suriyada şəhid oldu

Terrorçular atəşkəsi pozdu, türk əskəri Suriyada şəhid oldu
11:57 20 Oktyabr 2019
134 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında bir türk əskərinin şəhid olduğunu, digərinin isə yaralandığını açıqlayıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, nazirlikdən verilən yazılı açıqlamaya görə, hadisə Tel Abyad bölgəsində terrorçuların atəşkəsi pozması nəticəsində baş verib. 

Türk ordusu cavab atəşi ilə qarşı tərəfi susdurub. 

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs imzalanmış, buna uyğun olaraq terrorçular Türkiyənin müəyyən etdiyi təhlükəsiz bölgəni tərk etməli idilər. Amma PKK/YPG/PYD silahlıları ara-sıra atəşkəs rejimini pozaraq anlaşmaya əməl etmirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR