Azərbaycan cüdoçusu Çində medal qazandı

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, cüdoçu Hidayət Heydərov Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb. Bu, Azərbaycan komandasının Hərbçilərin 7-ci Dünya Oyunlarında ilk medalıdır.

Metbuat.az xəbər verir ki, 81 kiloqramadək idmançıların yarışında mübarizə aparan Hidayət Heydərov ilk görüşdə rusiyalı Alan Xubestova qalib gəlsə də, 1/16 final mərhələsində Cənubi Koreya idmançısı Li Sunq Hoya məğlub olub. Buna baxmayaraq 3-cü yer uğrunda təsəlliverici yarışlarda mübarizə aparmaq hüququ olan Hidayət Heydərov ilk turda serbiyalı Milos Simonoviçə, ikinci qarşılaşmada polşalı Damyan Şvarnovyekiyə, 3-cü görüşdə isə İsveçrə təmsilçisi Maykl Kistlerə ipponla qalib gəlib. Hidayət 3-cü yer uğrunda görüşdə polşalı Blax Lukaz ilə qarşılaşıb. Cüdoçumuz rəqibini vazzari fəndi ilə məğlub edərək yarışı üçüncü yerdə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR