Millimizin hücumçusu Renat Dadaşov Portuqaliyada vacib qol vurub.
Milli.Az Qol.az-a istinadən bildirir ki, "Pasuş de Ferreyra"nın futbolçusu "Luletano" ilə səəgət oyununun əlavə vaxtında qələbə qolunu (2:1) vuraraq komandasını Portuqaliya kubokunun növbəti mərhələsinə çıxarıb.
O, hesab 1:1 olarkən, 110-cu dəqiqədə fərqlənib.
Qeyd edək ki, start heyətdə yer alan Dadaşov bütün 120 dəqiqəni meydanda olub.
Milli.Az