Millimiz böyük hesabla məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci matçda Norveç yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 5:0 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, oktyabrın 23-də baş tutacaq son turda yığmamız Farer adaları ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR