Meşədə bədbəxt hadisə: rayon sakini öldü

Meşədə bədbəxt hadisə:  rayon sakini öldü
20:37 20 Oktyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayon sakini  dağlıq-meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Xalxal kənd inzibati ərazisinin yaxınlığındakı dağlıq-meşəlik sahəsində baş verib.

Rayon sakini, 1960-cı il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev meşəlik ərazinin şabalıd ağacları olan sahəsində ağac budayan zaman iri budaq onun üzərinə düşüb. X. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/795709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR