Əfqanıstanın şimal bölgəsində 16 kənd azad edildi

Əfqanıstanın şimal bölgəsində 16 kənd azad edildi
20:47 20 Oktyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şimali Bağlan əyalətində 12-dən çox "Taliban" qiyamçısının öldürüldüyü və 16 kəndin azad olunması barəsində məlumat yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şimal bölgəsinin ordu sözçüsü Əbdul Hadi Camal deyib.

Mətbuat katibi bildirib ki, Bağlan əyalətinin bəzi hissələrində "Taliban" yaraqlılarına qarşı əməliyyat dörd gün əvvəl başlamış və bu günə qədər Dandeghori, Dandeshahabudin və Kilagay bölgələrində 16 kənd azad edilmişdir.

Davam edən əməliyyat zamanı Bağlan əyalətində kölgə qubernatoru vəzifəsini icra edən Talibanın yüksək səviyyəli komandiri Qari Baxtiyar da daxil olmaqla daha on iki nəfər yaralanıb.

Qeyd edək ki, paytaxtı Kabildən 160 kilometr şimalda olan şimal Bağlan əyaləti son bir neçə ildə artan döyüş bölgəsinə çevrilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR