Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"i məğlub edib
21:37 20 Oktyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.
"Report"un məlumatına görə, "ASCO Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Yeganə topu 47-ci dəqiqədə Mehdi Şərifi vurub. 
Bununla da Şərifi aktivindəki qolların sayını 4-ə çatdıraraq, bombardirlər siyahısında Lorenzo Frutos ("Keşlə"), İsmayıl İbrahimli ("Qarabağ") və Stiven Monroz ("Neftçi") ilə şərikli lider olub.
Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

"Sumqayıt" bu qələbə sayəsində xallarını 10-a çatdırıb və "Zirə"ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi eyni xala malik "Səbail"dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" "Qarabağ"la, "Keşlə" "Sabah"la heç-heçə edibsə, "Neftçi" "Zirə"yə böyük hesabla qalib gəlib - 3:0. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-premyer-liqasi-sumqayit-seferde-sebail-i-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR