Kataloniyadakı etirazlarda

Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı 200 nəfər saxlanılıb.

Metbuat.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri səlahiyyətlərinin icraçısı Fernando Qrande-Marlaska bildirib. Onun sözlərinə görə, etirazlarda hüquq-mühafizə orqanlarının 288 əməkdaşı zərər çəkib.

Qeyd edək ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə hökmü elan olunduqdan sonra Kataloniyanı, xüsusən paytaxt Barselonanı mitinqlər dalğası bürüyüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR