Abşeronda taksi 60 yaşlı kişini vurub

Abşeronda taksi 60 yaşlı kişini vurub
23:07 20 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xırdalan-Binəqədi yolunda baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Frəman oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.
Polis sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır. 
Ramin Şahbazov


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-taksi-60-yasli-kisini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR