Paytaxtda yolu keçmək istəyən piyadanı maşın vurub

Paytaxtda yolu keçmək istəyən piyadanı maşın vurub
02:17 21 Oktyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Nəhruz Nuriyev küçəsində qeydə alınıb. Belə ki, 1997-ci təvəllüdlü İsrailov Əliqismət Əlikərim oğlu yolu keçmək istəyərkən maşınla vurulub.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol baldırının sınığı diaqnozu qoyulub.
Fakla bağlı araşdırma aparılır. 
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/paytaxtda-yolu-kecmek-isteyen-piyadani-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR