Tramp Şiffi dələduz adlandırıb və sorğu-sual edilməsini tələb edib

Tramp Şiffi dələduz adlandırıb və sorğu-sual edilməsini tələb edib
05:32 21 Oktyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffi tənqid edərək, onu dələduz və korrupsiyalaşmış məmur adlandırıb.
“Report” xəbər verir ki, bunu Tramp “Twitter” hesabında yazıb.
Birləşmiş Ştatların rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının ideal olduğunu vurğulayıb.
“Bunu ukraynalı həmkarım heç bir təzyiq olmadan özü də bəyan edib”.
Amerika lideri, Şiffin telefon danışığını təhrif etdiyini bilmək üçün onun sorğu-sual edilməsini söyləyib.
“Mən onun ifadəsini tələb edirəm. O, dələduzdur” deyə Trump bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-demokrati-deleduz-adlandirib-ve-sorgu-sual-edilmesini-teleb-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR