Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb

Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
08:22 21 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, qəza Nərimanov rayonunda qeydə alınıb. 
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.
Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib. 
B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-avtomobil-toqqusub-ata-ve-oglu-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR