"Liverpul" "Mançester Yunayted"lə sülh bağladı - VİDEO - FOTO

"Liverpul" "Mançester Yunayted"lə sülh bağladı - VİDEO - FOTO
10:12 21 Oktyabr 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, lider "Liverpul" "Old Trafford"da "Mançester Yunayted"in qonağı olub.

Oyunun 36-cı dəqiqəsində meydan sahiblərinin heyətində Markus Reşford hesabı açıb. Qarşılaşmanın final fitinə 5 dəqiqə qalmış Adam Lallana hesabı bərabərləşdirib. Oyunda başqa qol olmayıb və tərəflər hərəyə 1 xal qazanıb.

"Liverpul" cari mövsüm ilk dəfə qalib gəlməyib. "Qırmızılar" 25 xalla turnir cədvəlinə başçılıq edir. Yurgen Kloppun kollektivi ən yaxın izləyicisi - "Mançester Siti"ni 6 xal qabaqlayır. 10 xalı olan "Mançester Yunayted" 13-cü sırada qərarlaşıb.

"Mançester Yunayted" - "Liverpul" - 1:1
Qollar:
Markus Reşford, 36 - Adam Lallana, 85

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR