Şənbə və bazar günləri yol qəzalarında 5 nəfər ölüb

Şənbə və bazar günləri yol qəzalarında 5 nəfər ölüb
11:02 21 Oktyabr 2019
30 Digər
Ölkə mətbuatı
A- A+

Şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabr ayının 18-dən 20-dək törədilən 26 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/heftesonu-yol-qezalarinda-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR