XII əsrə aid erotik kitab tapıldı

Filmi də çəkilən "50 Shades of Grey" (Bozun 50 çaları) günümüzdə ən çox bilinən erotik roman olsa da, əslində bu cür kitabların tarixi yüzillərlı əvvələ gedib çıxır.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyada yerləşən Bristol Universitetindəki araşdırmaçılar 1200-cü illərdə yazılmış erotik əsər olan "Le Roman de la Rose" adlı kitabın səhifələrini tapıblar. Orta dövr fransız ədəbiyyatında əhəmiyyətli bir yer tutan kitab 1227-ci ildə Cuilame de Loris adlı bir yazıçı tərəfindən yazılıb.

Saray ətrafındakı sevgi hekayələrindən bəhs edən əsər öz dövrünün ən məşhur əsərlərindən biri olub. Cinsi münasibətlərə dair cürətkar ifadələr səbəbindən kilsənin diqqətini çəkən bu kitab XIV əsrdə yenidən yazılıb. Əsərin səhifələrini tapan professor Marian Ailiz deyib:

"Səhifələri görən kimi əlimizdə "Le Roman de la Rose"dan çox pzəl və bənzərsiz bir şey olduğunu anladım. Bundan başqa, əl yazısının orijinal olduğunu görəndə gözlərimə inana bilmədim".

Kitabın həqiqətən də öz dövrünün ən çox satılan kitabı olduğunu bildirən Ailz tapılan səhifəlırin 2 baş obraz arasındakı bir seks fantaziyasından danışdışını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR