Şəmkir və Qəbələ sakinlərindən ov tüfəngi götürülüb

Şəmkir və Qəbələ sakinlərindən ov tüfəngi götürülüb
12:27 21 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir və Qəbələ rayon sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və nömrəsi silinmiş qaz tapançası aşkar edilərək götürülüb.
Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbə sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkir-ve-qebele-sakinlerinden-ov-tufengi-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı