"35 saat ərzində terrorçular geri çəkilməsə..." -

"Siyasi qruplar və siyasətçilər türrorçu qruplaşmalara dəstək verirlər, sırf eyni ideologiyanı daşıdıqları üçün. Xüsusən Avropada PKK-nı terror qruplaşması siyahısından çıxarmaq istəyənlər var. Eyni Marksist, Leninist, Komunist ideyalara sahib olduqlarını düşündükləri üçün. Biz heç bir siyasətçi və ya siyasi partiyanın ideologiyası ilə problem yaşamırıq".

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bunları Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, terror qruplaşmaları ilə bağlı dediklərinə bunları əlavə edib:

"Türkiyə Suriyadan nə istəyir? Əvvəlcə Türkiyə buradakı siyasi müddəti güclü şəkildə dəstəkləyir. Hərbi bir həll yoxdur. Suriyadakı çatışmaların sadəcə siyasi bir yolla həll edilə biləcəyinə inanırıq".

Həmçinin Çavuşoğlu bildirib ki, ABŞ ilə bağlanmış müqaviləyə əsasən terrorçular 120 saat içində bölgəni tərk etməli idilər. Qalan 35 saat ərzində ərazini tərk etməsələr hərəkat yenidən başlanacaq.















.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR