Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub (FOTO)

Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub (FOTO)
14:29 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Yubiley tədbirində qeyd olunub ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da silsilə tədbirlər keçirilir.

Həmin tədbirlərin davamı olaraq Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə Astara Pedaqoji Kollecinin tələbələri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri və Lənkəran Dövlət Dram Teatrının aktyorları böyük şairin qəzəllərini, Astara Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvləri Nəsiminin qəzəlləri üstə muğam parçaları ifa ediblər.

Tədbir iştirakçıları, həmçinin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə də tanış olublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3136225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR