"Qarabağ" - APOEL oyununun hakimləri açıqlandı

"Qarabağ" - APOEL oyununun hakimləri açıqlandı
14:47 21 Oktyabr 2019
50 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL matçının hakimləri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona yan xətdə Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR