Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı

Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
14:52 21 Oktyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Milli.Az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Ludoqorets" - "Espanyol" qarşılaşmasını idarə edəcək. Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Bu görüş qrup liderliyi baxımından əhəmiyyətlidir. Hazırda birinci olan "Ludoqorets"in 6, 2-ci sıradakı "Espanyol"un isə 4 xalı var.

Qeyd edək ki, oyun oktyabrın 24-də "Ludoqorets Arena"da keçiriləcək

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR