“Qualcomm” yeni riskli layihəni maliyyələşdirmək niyyətindədir

“Qualcomm” yeni riskli layihəni maliyyələşdirmək niyyətindədir
16:21 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Virgin Group” və “Qualcomm” şirkətləri yüksəksürətli, qlobal internetə çıxış təmin edəcək  648 peykdən ibarət şəbəkənin yaradılmasını nəzərdə tutan riskli layihəni maliyyələşdirmək niyyətindədirlər.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  “Virgin Galactic”in ilk kosmik aparatı ötən il sınaq uçuşu zamanı dağıdılıb. Hazırda “OneWeb” kimi fəaliyyət göstərən “World Vu Satellites Limited” şirkəti potensial istehsalçılardan təklifləri nəzərdən keçirir.

Ümumi dəyəri 1,5-2 milyard dollar olacaq peyk şəbəkəsi bütün dünyanı yüksəksürətli internet və telefon servisləri ilə təmin etmək məqsədi ilə yaradılır.

Kosmik aparatlar ümumilikdə 136 kiloqramdan az  çəkidə olacaqlar və orbitdə yer üzündən 1,207 kilometr məsafədə mövqe tutacaqlar. Şirkət hazırda internet servislər üçün geniş diapazonda radioyayım xidmətləri göstərir.

"OneWeb” sistemi qlobal səviyyədə mobil operatorlar şəbəkəsini genişləndirəcək. Şirkət bu məqsədlə yerli operatorlarla əməkdaşlıq etmək niyyətindədir.


Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34811-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR