Yaşlanmanın İLK ƏLAMƏTLƏRİ - Plastik cərrahdan VACİB MƏSLƏHƏT

Yaşlanmanın İLK ƏLAMƏTLƏRİ - Plastik cərrahdan VACİB MƏSLƏHƏT
14:58 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bədənimizin bəzi hissələri digərlərindən daha sürətli yaşlanmağa başlayır.

Publika.az xəbər verir ki, türkiyəli plastik cərrah Məltəm Ayran mövzu ilə əlaqədar əhəmiyyətli açıqlamalar verib.

Hüceyrələrin özünüyeniləmə qabiliyyətinin azalması və metabolizm üzərində nəzarəti itirməsinə yaşlanma deyilir. Bu prosesdə "ölən" hüceyrələrin yenilənməsi xeyli ləngiyir və onlarda toksik zülallar yığılmağa başlayır. Digər tərəfdən hüceyrələr yağ və şəkər kimi qidaları yetərincə mənimsəyə bilmədiyi üçün metabolizm qabiliyyəti azalır və şəkərli diabetin yaranması ehtimalı güclənir. Plastik cərrahın sözlərinə görə, orqanların və bədən üzvlərinin qocalması prosesi insanda fərqlidir.

O, qocalma əlamətlərini belə sıralayıb:

Üz dərisi

Üzün yaşlanmasını ləngitmək üçün doğru yağ əleyhinə olan krem və digər vasitələrdən istifadə etmək lazımdır. Sözsüz ki, düzgün qidalanma da önəmlidir.

Əllər

İnsanın yaşını əlləri ələ verir. Nəmləndirmə və düzgün baxım əllərin yaşlanması prosesini gecikdirir.

Gözətrafı

Həmçinin göz qapaqları və göz ətrafı dəri çox incə toxumaya malikdir. Zamanla gözətrafı əzələ və toxumalar zəifləyərək gözlər daha kiçik görünməyə başlayır, göz qapaqları isə aşağı çökür

Boyun və dekolte

Boynumuz günəş şüalarına daha çox məruz qalır. Odur ki, günəşin mənfi təsirlərindən qaçmaqda fayda var.

Saç

Saçların ağarması onun yaşlandığını göstərən tək amil deyil. Saçların tökülməsi, zəifləməsi və parlaqlığını itirib quruması da yaşlanmasını bildirən əlamətlərdir. Qarşısını almaq üçün saçların daimi qulluğa ehtiyacı var, saçları tez-tez darayın, həftədə iki dəfə yağ maskası tətbiq edin.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/293686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR