Satdığı heyvan rəsmləri ilə baxın nə edir

Rusiyada yaşayan 9 yaşlı Pavel Abramov adlı uşaq anası Ekaterina Bolshakova ilə birlikdə təxminən 1 il əvvəl "Zərif fırçalar" adlı layihəyə başlayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Pavel hələ 9 yaşında olmasına baxmayaraq çəkdiyi rəsmlərlə bir çox insanın sevgisini qazanıb. Adətən heyvan rəsmləri çəkən Pavel bu rəsmlərı sataraq heyvan sığınacaqlarındakı və küçələrdəki heyvanlara yem yardımı edir.

Pavel heyvan sahibləri ilə razılaşaraq yem qarşılığında evcil heyvanların rəsmini çəkir və daha sonra rəsmini çəkdiyi heyvanlarla bir-bir tanış olur.

Onun ən böyük arzusu isə böyüdükdə memar olub, böyük bir heyvan sığınacağı inşa etməkdir.

Pavelin anası isə onunla qürur duyduğunu bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR