Nazir: "Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb"

Nazir: "Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artıb"
18:05 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

2019-cu ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artaraq 25,3 mlrd. ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft ixracı 15,5% artmaqla 1,4 mlrd. ABŞ dollarına çatıb, sənaye məhsullarının ixracında 13,1%, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6% artıma nail olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Dövlət başçısının tapşırıqlarının icrasına dair geniş kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7% çoxdur:

"Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4% artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. 2020-ci ildə qeyri-neft ixracının 20% artımı proqnozlaşdırılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/795947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR