Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək
18:17 21 Oktyabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bal yarmarkasında qaydaları pozan və məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, yoxlamalardan keçdikdən sonra təşkilatçı ilə alıcı arasında müqavilə imzalanıb. Müqaviləyə riayət etməyən arıçılar növbəti yarmarkalara buraxılmayacaq.

Məhsulun açıq şəkildə satışı barədə danışan L.Məmmədova bildirib ki, bu, qadağan deyil:

"MDB və Avropa ölkələrində də alıcılar həcminə və dadına görə məhsulu seçib alırlar. Təşkilat tərəfindən arıçılara uniforma və əlcək verilib. Əlcəklərdən istifadə etməyən, qaydaları pozanlar barədə tədbir görülüb, xüsusi aktlaşdırılıb".

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 18-ə qədər Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/795951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR