“Atasığorta”nın Direktorlar Şurasına yeni sədr təyin ediləcək

“Atasığorta”nın Direktorlar Şurasına yeni sədr təyin ediləcək
18:52 21 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilməsi məsələsi daxildir.
Xatırladaq ki, indiyə qədər sədr vəzifəsini icra edən Adıgözəl Ağayev həm də “Atasığorta”nın daxil olduğu “Ataholdinq” MMC-nin baş direktoru olub. Oktyabrın 15-də o, vəzifəsini tərk edib və yerinə Rəşad Rəsullu təyin olunub. Yeni baş direktor həm də “Atasığorta”nın DŞ-nın üzvüdür. Onun sədr vəzifəsinə gətiriləcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/atasigorta-nin-direktorlar-surasina-yeni-sedr-teyin-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı