"Ağsu"nun məşqçisi: "Belə məsləhət biliblərsə, deməli danışılmış oyun olub"

"Ağsu"nun məşqçisi: "Belə məsləhət biliblərsə, deməli danışılmış oyun olub"
18:57 21 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

"Futbolçular böyük ehtimalla son turdakı "Keşlə-2" ilə matça görə cəzalandılar. Akademiyadakı işlərlə əlaqədar komandadan bir az uzaq qalmışam. Demək olar ki, kollektivlə bir neçə gün birlikgə oluram. Mən də baş verənləri mətbuatdan oxudum. Mətbuatda "Keşlə" ilə görüşün icmalını da qoyublar".
Bu fikirləri "Report"a açıqlamasında I Divizionda çıxış edən "Ağsu"nun məşqçisi Arif Rizvanov AFFA-nın klubun iki futbolçusu - Elçin Həşimov və Ruslan Mirzalıyevin danışılmış oyunlarda iştirak etmələri faktı ilə əlaqədar diskvalifikasiya etməsinə münasibət bildirərkən deyib.
Mütəxəssis həmin qarşılaşma zamanı işinin başında olduğunu sözlərinə əlavə edib: "Komandamızın çıxışları ümumiyyətlə bərbad gündədir. Ona görə danışılmış oyunun olduğunu hiss etməyə bilərik. Konkret söz də deyə bilmirik. Hər oyun pis oynayırıq. Heç kimi də günahlandırmaq olmur. Ümumi şəkildə oyunçulara sözümüzü deyirik. Sadəcə, danışılmış oyunun olması barədə fikir bildirmək olmur. Belə məsləhət biliblərsə, deməli, danışılmış oyun olub. Elçin Həşimov demək olar ki, "Ağsu" yaranandan komandadadır. Bizimlə birlikdə 2012/2013 mövsümündə çempionluq da yaşayıb. Bir müddət komandadan ayrıldı və Region Liqasında çıxış etməyə başladı. Sonradan onu yenidən kluba cəlb etdik. Ruslan Mirzalıyevın isə bizim kollektivdə ikinci ili idi".
Məşqçi hər iki futbolçunu komandadan kənarlaşdırdıqlarını da açıqlayıb: "Biz məsələ ilə bağlı daha ciddi qərarlar qəbul edəcəyik. Rəhbərlikdə iclas olacaq, qərarlar veriləcək. Digər oyunçularla da söhbət olacaq. Belə halın qarşısını almaq üçün çalışacağıq. Biz də öz növbəmizdə sərt addımlar atmalıyıq".
Qeyd edək ki, AFFA Ağsu klubunun futbolçuları Elçin HəşimovRuslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirak etdiyini açıqlayıb. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/agsu-nun-mesqcisi-meslehet-biliblerse-demeli-danisilmis-oyun-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR