Denge qızdırmasından ölənlərin sayı 70-i keçib

Denge qızdırmasından ölənlərin sayı 70-i keçib
19:12 21 Oktyabr 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

Şri-Lankada bu ilin əvvəlindən başlayaraq denge qızdırmasına yoluxanların sayı 55 min nəfəri keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində ölənlərin sayı 70 nəfərdən çox olub.

Bildirilir ki, təkcə paytaxt Kolombo və ətrafında dengeyə yoluxanların sayı 12 minə yaxın olub.

Ümumilikdə ölkənin beş əyalətində yüksək yoluxma riskinin mövcud olduğu qeyd edilir.

Qeyd edək ki, Banqladeşdə bu qızdırmadan ölənlərin sayı da 70-i keçib. Eləcə də Filippin və Sinqapurda da ölüm halları qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR