DSMF-nin Qəbul Mərkəzində müasir tələblərə uyğun şəraitdə vətəndaşların qəbulu prosesi həyata keçirilir

DSMF-nin Qəbul Mərkəzində müasir tələblərə uyğun şəraitdə vətəndaşların qəbulu prosesi həyata keçirilir
19:15 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inizibati binasında vətəndaşların qəbulu otağının müasir tələblər səviyyəsində yenidən qurulması işləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu səbəbdən Nazirliyin inzibati binasındakı qəbul otağının fəaliyyəti cari il avqust ayının əvvəllərindən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzində (Bakı şəhəri, H. Zərdabi prospekti, 80) həyata keçirilir.

Burada əhaliyə innovativ üsullarla, “bir pəncərə”dən, “e-sosial” portalı və elektron növbəlilik əsasında, şəffaf və operativ şəkildə, vətəndaşlarla açıq iş şəraitində xidmətlər göstərilir. Nazirlik əməkdaşları tərəfindən nazirliyin qəbul otağına gələn vətəndaşlar da bu Qəbul Mərkəzində qəbul edilərək, müraciətləri aidiyyəti üzrə icraçı şöbə və xidmətlərə yönləndirilir. Həmçinin nazirliyin rəhbər şəxslərinin qəbuluna yazılmaq istəyən şəxslərin qeydiyyatı həyata keçirilir.

Cari ilin 9 ayında nazirliyin qəbul otağına (o cümlədən, nazirlik yanında DSMF-nin qəbul mərkəzində davam etdirilən qəbullar zamanı) müraciət edənlərin sayı 20 752 nəfər təşkil edib.

Vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3136493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR