Ötən il Bakıda 1 prokurorluq işçisi xidmətdən qovulub, 4 nəfər tutduğu vəzifədən azad edilib

16:22 16 Yanvar 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 16:17 ]

Bakı. Fuad Cəfərov - APA. Bakının prokurorluq orqanlarından ötən il 4 nəfər vəzifədən azad edilib.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

 

 

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR