İstanbulda Əhməd bəy Ağaoğluya həsr olunmuş simpozium davam edir (FOTO)

İstanbulda Əhməd bəy Ağaoğluya həsr olunmuş simpozium davam edir (FOTO)
19:43 21 Oktyabr 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işini panellərlə davam etdirir.

İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, Simpoziumun birinci günü panellər professorlar Cezmi Erarslan, Temuçin Faik Ertan, dosent Fatih Sancaktarın moderatorluğu ilə keçirilib.

Panellərdə professorlar Abdullah Gündoğdu, Solmaz Rüstəmova-Tohidi, Nəsib Nəsibli, Temuçin Faik Ertan, Bədirxan Əhmədov, Abdullah Gündoğdu; dosentlər M.Ufuk Özcan, Əli Əsgər; dr. Cafer Güler, Şaban Bıyıklı və Nuri Civelek kimi alimlər məruzələrlə çıxış ediblər.

Məruzələr Azərbaycan ictimai fikir tarixində dərin iz buraxmış mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında, “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, həmçinin İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsini və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən istiqamətlərdən ibarət olub.

Qeyd edək ki, Simpozium öz işini sabah davam etdirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3136730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR