Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü

Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü
20:08 21 Oktyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Trend-in məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3136676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR