Livan hökuməti nümayişçilərin tələblərinə CAVAB VERDİ

Livanın Baş naziri Səəd Həriri nümayişçilərin tələblərini yerinə yetirmək üçün 24 maddədən ibarət iqtisadi paketi açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, sənəd nazir və deputatların məvaciblərinin 50 faiz azaldılmasını, bank və sığorta şirkətlərinə 25 faiz vergilərin tətbiq edilməsini, bəzi qurumların ləğvini, mənzil sahibi olmaq istəyənlər üçün şərtlərin sadələşdirilməsini və digər məsələləri əhatə edir.

Qeyd edək ki, Livanda sosial problemlərə etiraz olaraq 5 gün əvvəl aksiyalar başlayıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR