Sünbül ağa və Malkoçoğlu Bakıya gələcək

16:22 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 16:17 ]


Bakı. Cavid Zeynallı – APA. Yanvarın 29-da Nizami Kino Mərkəzində “Aşk sana benzer” filminin qala gecəsi keçiriləcək. Mərkəzdən APA-ya verilən məlumata görə, təqdimat mərasimində Türkiyənin məşhur aktyorları Burak Özçivit, Səlim Bayraktar və Fahriyə Evcen iştirak edəcəklər.

 

Ceylan Güzəlcənin ssenarisi əsasında rejissor A. Taner Elhanın lentə aldığı romantik dram bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Filmi izlədikdən sonra qonaqlar mətbuat konfransı keçirəcəklər.

 

Qeyd edək ki, S. Bayraktar “Muhteşem yüzyıl” serialında yaratdığı “Sünbül ağa”, Burak Özçivit isə “Malkoçoğlu” obrazı ilə məşhurlaşıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR