Dövlət Müstəqilliyi gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Dövlət Müstəqilliyi gününə həsr olunmuş konsert keçirilib (FOTO)
23:55 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Mətanət İsgəndərlinin Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş solo konserti keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirin aparıcısı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin tarixindən və xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən ətraflı məlumat verib.

Sonra Əməkdar artist Mətanət İsgəndərli səhnəyə çıxaraq xalqımızı bayram münasibəti ilə təbrik edib və canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3136752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR