Kürdəmirdə yük avtomobili piyadanı vuraraq xəsarət yetirib

Kürdəmirdə yük avtomobili piyadanı vuraraq xəsarət yetirib
00:12 22 Oktyabr 2019
121 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda yük avtomobili piyadanı vurub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Vaqif prospektində qeydə alınıb.
Qasımov Firidun Mirzəhüseyn oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1961-ci il təvəllüdlü Zeynalov Ağamirzə Mirzə oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yuk-avtomobili-piyadani-vuraraq-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı