Erməni azarkeşlər Rusiyada keçirilən yarışda dava salıblar

Erməni azarkeşlər Rusiyada keçirilən yarışda dava salıblar
01:32 22 Oktyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın "GFC 19: Krepost Selection 6"da, qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimjana məğlub olmasından sonra erməni azarkeşlərlə qazaxıstanlı idman həvəskarları arasında əlbəyaxa dava baş verib.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, döyüş Miqran Artünyanın məğlubiyyəti ilə başa çatıb. Arutunyan üçüncü raundun sonunda rəqibin ayaq zərbəsi ilə başından zərbə alıb. Hakim Ermənistan idmançısının nokautla məğlubiyyətini qeydə alıb.
Məğlub olan Miqran Artünyanın döyüşdən sonra azarkeşlərdən birini hədələyib. "Bu gün hər şey alındı, bir şeydən başqa. Ey oğlan, dostum, bu gün burada sənin problemin yaranacaq", - deyə o azarkeşlərdən birini hədələyib və onu guya atasına əl qaldırmaqda hədələyib.
Bundan sonra zalda erməni və qazaxıstanlı azarkeşlər arasında əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yarışın yayımının birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.
Bundan sonra əlbəyaxa davaya son qoyulub. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermeni-azarkesler-rusiyada-kecirilen-yaris-zamani-dava-saliblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR