İbrahim Çingiz hirsini cilovlaya bilmədi: “Əlinizdən bezmişəm”

İbrahim Çingiz hirsini cilovlaya bilmədi: “Əlinizdən bezmişəm”
02:03 22 Oktyabr 2019
255 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz ki, “Könül yarası” serialının baş qəhrəmanı İbrahim Çingiz 22 kq arıqlayaraq zahirən çox dəyişib.

Publika.az xəbər verir ki, xeyli çəki atan aktyor bununla kifayətlənməyərək saqqalını da qırxıb.

Lakin ulduzun bu dəyişikliyi onun pərəstişkarlarının ürəyincə olmayıb. Aktyoru saqqalsız görmək istəməyən izləyiciləri instaqramda ünvanına neqativ rəylər yazıblar. Zahiri görkəmi haqqında deyilən iradlardan təngə gələn məşhur bu barədə video yayımlayaraq ürəyini boşaldıb:

“Əziz və əziz olmayan izləyicilərə bir daha müraciət edirəm. Mənə görünüşümə görə hörmət qoyan və məni sevən izləyicilər, sizdən çox xahiş edirəm ki, instaqramda bundan sonra məni izləməyin. Artıq dərəcədə xahiş edirəm. Çox bezmişəm və yorulmuşam sizin əlinizdən, neqativ rəy və şərhlərinizdən… Aktyoram, etdiyim hər bir işin səbəbi var. Heç bir addımı səbəbsiz atmıram. Mənfi rəyləriniz davam etsə, şərhlər blok olunacaq, vəssalam. Hörmətlər…”

Xatırladaq ki, İbrahim Çingiz Azərbaycanın tanınmış komediya aktyoru, Əməkdar artist Çingiz Əhmədovun oğludur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/293738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR