Bu gün kritik görüş baş tutacaq -

Türkiyənin Suriyadakı terror qruplaşmalarına qarşı başlatdığı "Barış Pınarı" hərəkatına dair ABŞ ilə razılaşdırılan müddətin bitməsinə saatlar qalıb və bu kritik gündə Soçidə əhəmiyyətli bir görüş keçiriləcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya lideri Vladimir Putin bir araya gələcəklər. Kritik görüşdən əvvəl Ərdoğan verdiyi açıqlamada görüşlə bağlı bunları deyib:

"Bu səfərdə cənab Putin ilə siyasi müddəti müzakirə edəcək, ondan sonra da atmalı olduğumuz addımları atacağıq. Görüşün ana maddəsi YPG-nin Suriya rejiminə buraxdığı bölgələr olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR