"Türkiyə uyğun olmayan bir addım atsa..." -

ABŞ prezidenti Donald Tramp "Ağ Ev"də Nazirlər iclasında verdiyi açıqlamada Suriya və Türkiyəyə dair açıqlamalar verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Tramp Suriyada atəşkəsin davam etdiyini, Türkiyə ilə bağlanmış müqaviləyə əsasən terrorçuların bölgədən çıxdığını və bunun "ağıllı bir addım" olduunu qeyd edib. Həmçinin o, "Barış Pınarı" hərəkatından əvvəl olduğu kimi Türkiyəni təhdid edib:

"Əgər Türkiyə uyğun olmayan bir addım atarsa, sanksiya və vergilər tətbiq edərik".

Donald Tramp özünü "kürdləri tək qoymaqla" günahlandıranlara deyib ki, kürdlərə 400 il bölgədə qalacağımızla bağlı söz verməmişdik və ABŞ əsgərlərini bölgədən çəkməklə doğru addım atdıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR