"Real"da həmişəlik qalmaq istəyirəm" - Zidan

"Real"da həmişəlik qalmaq istəyirəm" - Zidan
09:47 22 Oktyabr 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Zinəddin Zidan istefaya göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Marca"ya açıqlamasında Madrid klubunda həmişəlik qalmaq istədiyini və bu cür şayiələrə fikir vermədəyini deyib:

"Əvvəl nə olub, olub. Futbol əldə etdiyin hərşeyi unudur. Ancaq həyat da belədir. Biz "Real"la nə əldə etmişiksə, keçmişdə qalıb. İnsanların nə danışdığını müzakirə etmək istəmirəm. Bu, məni narahat etmir. Mən öz komandamın oyunlarına diqqət etməliyəm. "Real"da həmişəlik qalmaq istəyirəm. Mənim "Real"dakı gələcəyim haqqında isə qoy, başqaları düşünsün".

Qeyd edək ki, İspaniya mətbuatı "Real"ın Çempionlar Liqasında uğurlu çıxış etməyəcəyi təqdirdə Zidanan istefaya göndəriləcəyini yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR