İrana qonşuluğunda DƏHŞƏTLİ HÜCUM planlaşdırılır - Nazir hər şeyi AÇIQLADI

İrana qonşuluğunda DƏHŞƏTLİ HÜCUM planlaşdırılır - Nazir hər şeyi AÇIQLADI
09:48 22 Oktyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

“Saudi Aramco” neft platformasına edilən hücumda istifadə olunan raketlərin İran istehsalı olduğunu bilirik. Bütün bölgə üçün dağıdıcı müharibəni istəməsək də, daim hücuma məruz qalmaq niyyətində deyilik.

Publika.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici işlər naziri Adil əl-Cübeyr deyib.

“Bu raketlərin cənubdan deyil, şimaldan gəldiyini də bilirik. Cənubdan gəlmələri üçün mənzilləri kifayət etmir. BMT-dən analizlərdə bizə yarıdmçı olması üçün mütəxəssis istədik və bir sıra başqa ölkələrin mütəxəssisləri də analizlərdə iştirak etdi. Heç bir şübhəyə yer qalmayacaq şəkildə bu raketlərin haradan atıldığını tapmağı istəyirik”, - nazir bildirib.

Cübeyr qeyd edib ki, analizlər davam edərkən bütün variantları müzakirə edirlər və müttəfiqləri ilə fikir mübadiləsi aparırlar: “Müharibə istəmirik. Çünki müharibə bütün bölgə üçün dağıdıcı olar. Amma eləcə oturub İranın və ya müttəfiqlərinin hücumlarına məruz qala bilmərik”.

Qeyd edək ki, ölkənin ən böyük neft platformalarından biri olan “Saudi Aramco” 14 sentyabrda raketlərin və silahlı dronların hücumuna məruz qalmışdı. Terror aktının məsuliyyətini İran dəstəkli Husi üsyançıları öz üzərinə götürmüşdü.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/293758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı