Pərvin Abıyevanı QAÇIRMAQ İSTƏYİBLƏR - Bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb - FOTO

Pərvin Abıyevanı QAÇIRMAQ İSTƏYİBLƏR - Bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb - FOTO
13:47 22 Oktyabr 2019
140 Şou
Ölkə mətbuatı
A- A+

"Bu günə kimi ağ atlı oğlan gözləyə-gözləyə, bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb nədənsə. Mən çox istəyirəm ailəm olsun, qaynanamla-qaynatamla bir yerdə qalım. Uşaq vaxtımdan həmişə deyirdim ki, "16 yaşım olsun, ərə gedəcəm". Yəni, çox ailə sevənəm, ailəcanlıyam. Həmişə də deyirdim ki, istəyirəm qaynanamla qalım". 

Milli.Az xəbər verir ki, bunu "Hər şey daxil"də qonaq olan gənc aktrisa Pərvin Abıyeva deyib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) "Pərvin, qaçırmaq istəyiblər heç səni?" sualı ilə aktrisaya müraciət edib. Bu yaxınlarda 29 yaşını qeyd edən Pərvin etirafı ilə diqqət çəkib:

"Məni qaçırmaq istəyiblər. Bunu mamamgil biləndə, mamamgil məni "qaçırdıblar" ki, qaçırmasınlar (gülür)". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/796180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR