Ərdoğan-Putin öncəsi Kremildən açıqlama gəldi

Kremldən bu gün keçiriləcək Ərdoğan-Putin görüşü ilə bağlı açıqlama verilib.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, məlumatda bu görüş nəticəsində Türkiyənin Suriyadakı planlarının daha da yaxşı anlaşılacağı qeyd edilib. Açıqlamanı verən Kremlin sözcüsü Dmitri Peskov deyib ki, Türk qüvvələrinin Suriyada qalması üçün icazəni yalnız Şam rejimi verə bilər.

Peskov həmçinin ABŞ ilə Türkiyə arasındakı gərginliyin də bu görüşdə müzakirə ediləcəyini deyib. Almaniyanın Suriyada beynəlxalq nəzarətli təhlükəsiz bölgə qurulması təklifi barədə isə o "Üzərində çalışacağıq" deyə cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR