Bütün buzlar 1 gecədə ərisə nə baş verər? - ARAŞDIRMA

Yer üzündəki şirin su buzlarınıb 99%-i Qrelandiya ilə Antarktitadadır. Bu buzlar hər il müəyyən miqdarda əriyərək okeanlara qarışırlar.

Metbuat.az bildirir ki, normal şərtlərdə bu buz kütlələrinin tamamilə əriməsi yüz min illər çəkəcək. Bəs bütün buzlar 1 gecədə ərisə, nə baş verərdi?

Bu halda dəniz səviyyəsi 66 metr yüksələcək. Nəticədə debyadakı sahil şəhərləri yox olacaq bı dünya əhalisinin 40%-i evlərini tərk etmək məcburiyyətində qalacaq.

Dünya üzərində bir xaos hökm sürməyə başlayacaq və yerin altında da təhkükəıi proseslər gedəcək. Yüksələr duzlu su yeraltı sulara qarışacaq. Bunhnla da içdiyimiz su mənbələri və güc stansiyalarınln soyutma sistemləri yox olacaq.

Buzlar şirin sudan ibarət olduğu üçün onların əriməsi nəticəsində şirin su qaynaqlarının 69%-i okeanlara qarışmış olacaq. Bu da okean axınlarında və döngələrdə maneələrə səbəb olacaq. Məsələn, Avropaya isti hava gətirən Guıf Stream axını yavaşlayacaq və ya tamamilə dayanacaq. Bununla da mini buz dövrü başlayacaq.

Himalay dağlarında mövcud olan buzların tərkibində zəhərli kimyəvi maddə vardır. Onların əriməsi nəticəsində zəhər bütün şirin su qaynaqlarına axacaq.

Daha sonra mini buz dövrü sona çatacaq. Dəniz və göllər yüksək istilik səbəbi ilə buxarlanıb yox olacaq. Buxar nəticəsində atmosferdə yığılan su güclü fırtınalara, sel və qasırğalara səbəb olacaq.

Bütün bunlardan sonra Kanada, Alyaska, Atktika və Antarktidaya böyük köç başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR