Ermənilər Rusiyada keçirilən yarışda dava salıblar

Ermənilər Rusiyada keçirilən yarışda dava salıblar
15:27 22 Oktyabr 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın "GFC 19: Krepost Selection 6"da, qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimjana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Arutunyan üçüncü raundun sonunda rəqibin ayaq zərbəsi ilə başından zərbə alıb. Hakim Ermənistan idmançısının nokautla məğlubiyyətini qeydə alıb.

Məğlub olan Miqran Arutunyanın döyüşdən sonra azarkeşlərdən birini hədələyib. "Bu gün hər şey alındı, bir şeydən başqa. Ey oğlan, dostum, bu gün burada sənin problemin yaranacaq", - deyə o azarkeşlərdən birini hədələyib.

Bundan sonra zalda erməni və qazaxıstanlı azarkeşlər arasında əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.

Bundan sonra əlbəyaxa davaya son qoyulub.

Qeyd edək ki, bu, ermənilərlə qazaxlar arasında ilk dava deyil. Bir neçə ay əvvəl Qazaxıstanda da ermənilərlə yerli sakinlər arasında kütləvi qarşıdurma baş verib. Buna ermənilərin Qazaxıstan sakinini təhqir edərək qətlə yetirmələri səbəb olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/796186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR