Vitse-prezident: “SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır”

Vitse-prezident: “SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır”
15:42 22 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“SOCAR-ın beynəlxalq şirkət olması Gürcüstanda özünü ən yaxşı formada nümayiş etdirir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Tbilisi İpək Yolu Forumunun “Energetikanın gələcəyi” mövzusunda təşkil olunan paneldə çıxışında bildirib.
Onun sözlərinə görə, şirkətin Gürcüstandakı nümayəndəliyinin ölkənin dövlət rəsmiləri ilə sıx tərəfdaşlıq münasibətləri var: “SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş və ən yaxşı xidmət təminatçısı olmağa çalışır”.
Y.Lətifov SOCAR-ın müxtəlif neft və neft-kimya məhsulları istehsal etdiyini qeyd edərək, şirkətin balanslaşdırılmış və yaxşı inteqrasiya edilmiş dəyər zənciri yaratdığını bildirib: “Bu bizə hansısa konkret məhsul və ya xidmətdən daha az asılı olmağa imkan verir”.
SOCAR rəsmisi Azərbaycanda insan kapitalının inkişafı məsələsinə da toxunub. O, Azərbaycanda ən yaxşı və istedadlı insanların neft-qaz mühəndisliyi üzrə təhsil aldığını vurğulayıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/vitse-prezident-socar-temsil-olundugu-olkelerde-en-yaxsi-terefdas-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR