Bakıda yol qəzasında daha iki piyada öldü

Bakıda yol qəzasında daha iki piyada öldü
16:01 22 Oktyabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda daha iki piyada yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 21-də saat 18 radələrində isə Xətai rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3137001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR