Ərdoğan və Putin arasında görüş başladı - Soçidə

Ərdoğan və Putin arasında görüş başladı - Soçidə
16:05 22 Oktyabr 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Milli.Az Trend-ə istinadən əbər verir ki, görüşü şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların mürəkkəb olacağını qeyd edib.

Görüş başlamazdan öncə isə Rusiya Prezidenti Suriyadakı vəziyyətlə bağlı açıqlama verərək durumun ağır olduğunu deyib. O, həmçinin Rusiya-Türkiyə münasibətlərində əldə olunmuş yüksək əməkdaşlıq səviyyəsinin mübahisəli məsələlərin həllində öz təsirini göstərəcəyinə ümid etdiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya rəsmi səfərə gəlib. İki ölkə lideri arasında əsas müzakirə mövzusunun Suriya və regional məsələlərin olacağı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR